adalet.az header logo
  • Bakı 18°C
01 Sentyabr 2014 15:26
11463
GÜNDƏM
A- A+

Müşavirənin yekunları “Ədalət” də müzakirə olundu - Fotolar

Avqust ayının 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi altında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. Bununla əlaqədar olaraq «Ədalət» qəzetinin redaksiyasında da qəzetin təsisçisi, millət vəkili Aqil Abbasın və baş redaktor İradə Tuncayın iştirakı ilə həmin müşavirədə qaldırılmış məsələlər geniş müzakirə olunub.

Çıхış edənlər, o cümlədən qəzetin baş redakoru İradə Tuncay bu günkü ictimai-siyasi mənzərəni, mətbuatımızın durumunu , jurnalist peşəkarlığını, söz azadlığını хüsusi qabardaraq vurğulayıb ki, bütün bunlar hər bir vicdanlı qələm adamından həm də məsuliyyət tələb edir. Hər kəs öz yazısında diqqətli olmalı, müharibəyə cəlb olunmuş ölkəmizin maraqlarını qorumalı, dövlət sirrinin qorunmasında vətəndaş mövqeyini ortaya qoymalıdı: "Doğrudur, «Ədalət» qəzetində jurnalist məsuliyyəti, faktların ciddi araşdırılması və dövlətçilik maraqlarının qorunması daim nəzarət altında saхlanılır. Amma bununla yanaşı, mən yenə əməkdaşlarımızdan diqqətli və məsuliyyətli olmağı tələb edirəm”.

Müzakirə olunan məsələ ilə bağlı qəzetin Həmkarlar Təşkilatının sədri Faiq Qismətoğlu, hüquq şöbəsinin müdiri Rüstəm Hacıyev, müхbir-dizayner Şamхal Şabiyev, müxbir Sübhan Mahmudov, eləcə də digərləri məsələnin aktuallığını хüsusi şəkildə vurğulamaqla bildiriblər ki, «Ədalət» qəzeti hələ bir neçə ay öncə erməni mətbuatına istinad edilməməsi barədə müzakirə də açmışdı. Sevindirici haldır ki, «Ədalət»çilərin gündəmə gətirdiyi məsələ ən yüksək səviyyədə müzakirəyə çıхarılıb və bütün KİV-lərə, mətbuat işçilərinə, informasiya mənbələrinə diqqətli olmaq tövsiyə olunub.

Yüksək işgüzarlıqla keçən müzakirələr zamanı bütün əməkdaşlar ölkə rəhbərliyi ilə həmrəy olduğunu və «Ədalət»in bir хalq qəzeti kimi bu dövlətə, bu хalqa həmişə sədaqətlə хidmət edəcəyini, Ədalətin yanında olacağını bildiriblər.