adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Sentyabr 2014 14:30
6634
SİYASƏT
A- A+

“Fikirləşmirlər ki, xəstələnərlər, “meningit” taparlar” - Qalib Salahzadə

"Vallah ayıbdır, adamın lap gülməyi gəlir. Bilmirlər bekarçılıqdan neyləsinlər, başlarına buzlu su tökürlər”.

Adalet.az xəbər verir ki. bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Qalib Salahzadə söyləyib.

Xatırladaq ki, ASL xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə "buzlu su” kampaniyasına start verilib. Dünyanın müxtəlif ölkələrində keçirilən aksiyaya ölkəmiz də qoşulub və bir çox vətəndaşlarımız başlarına buzlu su tökməklə, ASL xəstəliyindən əziyyət çəkən insanlara dəstək nümayiş etdirirlər.

Millət vəkili Qalib Salahzadə "buzlu su” aksiyasını mənasız məşğuliyyət sayır: "Guya başına soyuq su tökəndə xəstələr sağalacaq. Əlbəttə ki, yox. Əgər soyuq suyla xəstələr sağalsaydı, dünyada bir adam ölməzdi. Bu adamlar sadəcə şou göstərirlər və özünü gülünc vəziyyətə qoyurlar. Adamın gülməyi gəlir, vallah. Bu adamlar fikirləşmirlər ki, xəstələnərlər, "meningit” taparlar. Xəstəyə kömək məqsədilə özünü xəstələndirmək çıxış yolu deyil. Başına su tökməkdənsə, 5-10 manat pul verin də”.