adalet.az header logo
  • Bakı 20°C
01 Sentyabr 2014 11:28
4419
MƏMLƏKƏT
A- A+

Azərbaycan alimləri Yaponiyada

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun əməkdaşları Yaponiyanın Niqata şəhərində keçirilən "Üç və çoxtərkibli birləşmələr” adlı XIX beynəlxalq konfransda iştirak edirlər. AMEA-dan Adalet.az-a daxil olan məlumata görə konfransda institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov başda olmaqla fizika-riyaziyyat sahəsində bir qrup alim iştirak edir. 

İnstitutun direktoru N. Məmmədov konfransa komitə üzvü kimi qatılıb və məruzə ilə çıxış edəcək.

Tədbirdə həmçinin, elmi müəssisənin alimlərinin müxtəlif mövzulu məruzələrlə çıxışları və elmi işlərinin təqdimatı nəzərdə tutulur.