adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Sentyabr 2014 11:07
3908
MƏMLƏKƏT
A- A+

Azərbaycanda güclü zəlzələ gözlənilmir

lkə ərazisində hər hansı bir güclü zəlzələnin baş verməsi gözlənilmir”. Adalet.az  xəbər verir ki,  Bunu Anspress-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya - mineralogiya elmləri doktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə Katostrofik güclü zəlzələ amilləri ölkədə hələ ki, yoxdur.

Azərbaycanda hər gün kiçik zəlzələlərin baş verdiyini deyən Q. Yetirmişli zəlzələ aktivliyinin artmasından da danışıb: "Əgər hər hansı tektonik bölgədə ardıcıl zəlzələ baş verirsə onda həmin ərazidə aktivliyin artmasından danışmaq olar. Xəzər dənizi, Şamaxı, İsmayıllı bölgəsi, Lənkəran, Astara, Lerik, Cəlilabad və Zərdabda baş verən zəlzələlər aşağı səviyyədə olan seysmikliklərdir. Həmin bölgələrdə təkanların qeydə alınması qeyri-adi bir məsələ deyil. Buna aktivliyin artması demək olmaz. Zəlzələlərin sayının artması seysmik stansiya şəbəkələrinin sıx olması ilə əlaqədardır. Zəlzələni qeydə alan 39-dan çox cihazımız var. Həmin cihazlar yerli və dünyanın hər yerində baş verən zələzələləri qeydə alır".