adalet.az header logo
  • Bakı 18°C
01 Sentyabr 2014 10:43
5460
SİYASƏT
A- A+

“Mərkəzi qərargah tələblərə cavab vermir” - Siyavuş Novruzov

"Rayon təşkilatlarının qərargahı müasir standartlara uyğunlaşır. Amma mərkəzi qərargah partiyanın apardığı çoxşaxəli işin tələblərinə cavab vermir”. Bunu Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, partiya üçün yeni qərargahın inşası mümkündür:”Hələ ki, öz yerimizdəyik. Gələcəkdə, təbii ki, qərargah məsələsinə baxıla bilər. YAP-a dövlət büdcəsindən maliyyə alınır, həmçinin üzvlərimiz tərəfindən üzvlük haqqı toplanılır. Tədricən bu vəsaitin hesabına yeni binanın inşa olunması mümkündür. Bizim çox geniş beynəlxalq əlaqələrimiz var. Dünyanın bir çox ölkələrindəki partiyalarla əlaqələr qurulub. Həmin partiyaların da ofislərində olmuşuq. Bu, gələcəyin işidir ki, həmin partiyaların ofislərinə bənzər yeni bir bina tikilsin”.