adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

YAŞA, EY HAQQ

NAHİD HACIZADƏ
298975 | 2014-08-30 02:54

(əvvəli ötən şənbə
saylarımızda)

"- Leninin xəttini, bolşeviklərin məfkurəsini burada - Azərbaycanda sidq-ürəklə yerinə yetirmək istədiyin, bu yolda varlığını əsirgəmədiyin üçün?"
"- Əmin bəy, baş verən hadisələrin, siyasi vəziyyətin əsl mahiyyətinə varmadan düşünəndə sənin kimi çoxlarına da belə gəlir".
"- Doktor Nəriman, acı da olsa, deməliyəm ki, həqiqət belədir".
"- Yox, elə deyil. Mən həyatın dibindən qalxmış adamam, dünyanın hər üzünü görə-görə gəlmişəm. Mənim də öz düşüncəm, öz əqidəm, öz həqiqətim var".
"- Nədir bu həqiqət, doktor Nəriman? De, mən də bilim!"
"- Xalqıma xidmət, xidmət, yenə də xidmət""
"- Məgər xidmət - xalqı boyunduruq altına verdirməkdir, onun düşünüb-daşınan oğul-larını qırdırmaqdır, aradan götürtməkdir, doktor Nəriman? XI Qızıl Ordu deyilən o cəllad ordu Bakıya girəndən bəri Azərbaycan qan dənizində boğulmaqdadır. Hərəyə bir "müsavatçı" damğası vurulub, aradan nə qədər adam götürtmək olar, nə qədər insan taleyi qayçılatdırmaq olar,doktor?!"
"- Bütün bunları mənim ayağıma yazmaq ədalətsizlik deyilmi, Əmin bəy?! Bu çətin vax-tda mən Bakıda olmasaydım, yəqin ki, milli fəlakətimiz sədd-sərhəd bilməzdi. Qan-qada ərşə dayanardı".
"- Eh doktor! Bəlkə də indi bizim bir-birimizi başa düşməyimiz çətindir, çox çətin. Mən səni özümə düşmən bilmirəm, bizim əqidələrimiz toqquşub, əqidələrimiz döyüşüb. Sən deyirsən: Azərbaycxanın nicatı Sovet Rusiyası ilə bir yerdə olmaqdadır. Mən isə deyirəm: bizim nicatımız da,gələcəyimiz də türk dünyasındadır. Yad gəlib qohum ola bilməz, yad qardaşdan irəli ola bilməz. Türklərlə qan-can qardaşıyıq, dil qardaşıyıq, din qardaşıyıq! Rusiya özünə nə gün ağlayıb ki, başqa millətlərə azadlıq gətirsin, xoşbəxtlik vəd eləsin. Bunların hamısı boş xülyadır, xülya!"
"- Əmin bəy, indi mənim səninlə mübahimsəyə girişməyə vaxtım, imkanım yoxdur. Gə-rək məni məzur tutasan".
"- Doktor Nəriman, deyəsən, mənim sözlərim sənin xoşuna gəlmir, gələ də bilməz. Sözümün canı-cövhəri budur ki, siz bolşeviklər imam cildinə girsəniz də, sizinlə barışa bilmərəm. Sənin də, ətrafındakıların da əli qana batıb; özü də üç-beş adamın yox, bütün millətin qanına batıb".
"- Bu, mənə qarşı açıq-aşkar ittihamdır, dəlisiz-sübutsuz, amansız ittiham! Mən cəllad deyiləm, Əmin bəy! Belə bir ittiham nə tanrıya xoş gələr, nə bəndəyə. Adam tanrısını unutmaz".
"- Siz bolşeviklər tanrını heç yaxın qoyursunuz ki, ona and da içəsiniz? O yazığı da bizim kimi xalq düşməni eləmisiz".
"- Əmin bəy, sən onu bilirsənmi ki, əgər mən - düşmən saydığın bu Nərimanov Bakıda olmasaydım, Hacı Zeynalabdin Tağıyevin, Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun, daha kimləri, kimləri sayım ki, indi sorağı o dünyadan gələrdi. Sənin özünü də aradan götürmək istəyirdilər. Bunu bilməmiş, duymamış olmazsan. Boynuna minnət qoymuram, Əmin bəy. Sadəcə yadına salmaq istəyirəm. Mən - Nərimanov istəsəydim, səni lap yerin deşiyindən də tap-dırardım. Ancaq bunu istəmirdim. Lahıcdan tutub səni Bakıya gətirəndə üstümə töküldülər ki, - özün məndən də yaxşı bilirsən kimlər, - Rəsulzadə aradan götürülməlidir, o, sağ qaldıqca, bizə də, bu xalqa da rahatlıq olmayacaqdır".
"- Doktor, deyilənə görə, sənin çox yumşaq ürəyin var. Axı, sən hər şeydən qabaq qələm sahibisən, yazıçı isə öldürən deyil, qaldırandır. Yazıçı - yaşadan olmalıdır!"
"- Bütün bunlara görə sağ ol! Ancaq özün ağıllı, müdrik adamsan, yaxşı bilirsən ki, sizin cani-dildən xidmət etdiyiniz bu quruluş qan üstə bərqərar olub, onun ömrü uzun ola bilməz! Sən deyirsən mənim öz həqiqətim var! Budurmu sənin həqiqətin, doktor?"
"- Mənim əsil həqiqətim budur ki, mən bu xalqın oğluyam. İndi onun taleyinə hamıdan çox mən cavabdehəm. Sevinirəm ki, az-çox ona köməyim dəyir. İndi bu respublikanın başında mən durmasaydım, Allah bilir nələr baş verəcəkdi! Əmin bəy, əzizim-gözüm, əslində biz ikimiz də bir ağacın yarpaqlarıyıq, ikimiz də bu xalqın oğluyuq, ikimiz də Azərbaycanın zərrəsiyik. Ancaq neyləməli, yollarımız başqa-başqadır. Hər adamın öz düşüncəsi, məqsədi-məramı var: Əsas budur ki, ikimiz də bu xalqı xoşbəxtlər cərgəsində görmək, xoşbəxt etmək istəyirik".
"- Doktor Nərimanov, təəssüflər ki, nə biz "müsavat"çılar onu xoşbəxt eləyə bildik, nə də siz bolşeviklər bunu bacaracaqsınız".
"- Əmin bəy, inanmıram ki, mən də bu burulğandan salamat çıxa biləm. Biz ikimiz də faciə qəhrəmanıyıq. Biz heçg Təki gələcəyi xoş olsun bu əzabkeş, zavallı xalqın".
"- Nə qədər ki, imperiya yumruğu Domokl qılıncı kimi onun başı üstündədir - bizim xalq xoşbəxt ola bilməz, doktor!"
"- Əmin bəy, inanıram ki, zaman hər şeyi yerinə qoyacaq, zaman - zərgərdir, o, bizi də məhək daşına çəkəcək, xalq özü qiymət verəcək bizə, əsl qiymətimiz onda bilinəcək; bili-nəcək ki, Məmmədəmin kim olub, Nəriman Nərimanov kim olub?! Kimin vicdanı ləkəlidir, xalq özü deyəcək sabah".
"- Buna sözüm yoxdur, doktor Nərimanov. Ancaq sən bil, yaxşı bil ki, bu gün xalqımız böyük fəlakət içindədir. Bu zavallı xalqın bəxti bağlanıb, açarı dərin dəryaya atılıb!"
"- Eh, Əmin bəy, neyləməli görünür, Prometey kimi bizim xalqın da taleyinə zülm və əzablar yazılıb. Ancaq mən bir həqiqətə də inanıram ki, əzab xalqı yumruq kimi həm birləşdirir, həm də müdrikləşdirir".
Onun yorğun, qayğılı baxışları Məmmədəmini birdən-birə nəsə yaman kövrəltdi: "Sənə heç də qibtə eləmirəm, doktor! Bir yandan Moskvadakılar, bir yandan da ətrafını çəpərləyənlər səni öz bildiyin kimi, öz istəyincə işləməyə qoymayacaqlar. Od olsan da yalnız özünü yandıracaqsan, doktor! Səndən düşmən kimi ayrılmıram, bunu bil! Özün dediyin kimi, hansımızın haqlı olduğunu zaman göstərər. Zamanın üzü ölümün üzündən də bozdur. O, heç nəyə baxmır".
Nəriman onun ürəyindən keçənləri oxumuş kimi:
- Əmin bəy, - deyə, əlini qeyri-ixtiyari irəli uzatdı. - Sənə yaxşı yol! Nə sözün, arzun olsa, çəkinmə, sifariş elə. Əlaqəmiz qırılmasa yaxşıdır. Bir insan kimi, azərbaycanlı kimi bir-birimizi duyub başa düşsək, çox şad olardım.
- Elə mən dəg
Nəriman Nərimanov onlardan ayrılıb vaqon-salonun o biri başına - Stalinin öz dəstəsi ilə rahatlandığı səmtə getdi.
Parovoz dəli bir qıy çəkdi. Vağzal da, vağzaldakılar da diksindilər. Bu, xəbərdarlıq idi: "Gedənlər yerlərini tutsunlar, yola salanlar düşsünlər!" - deyirdi parovoz. Bu boyda vağzalda onların ikisindən, iki əmioğludan - Məmmədəmindən və Məmmədəlidən başqa hamının ar-xasınca gələni, yola salanı, ötürəni var idi.
O, bir vaxtlar səfərə çıxanda burada nə qədər qohum-əqrəba, dost-tanış olardı. Hanı o günlər, o çağlar?! Harada qaldı Müstəqil Azərbaycan Cümhuriyyətinin dünya ilə danışdığı, öz taleyinə sığındığı, fəxr etdiyi o gözəl vaxtlar? Harada qaldı, aman Allah?!
Məmmədəminin qəlbi fırtınada, əsəbləri tarımdaidi. İçindən od-alov qalxırodı: "Niyə tarix qara yazdı mənim millətimin taleyini? Niyə ayaqlar altında qaldı Bakı? Bu yadlar-yalavaclar nə vaxt yaxamızdan əl çəkəcxəklər? Bir zamanlar Sisyanov qoşun tökdü üstümüzə. Bu qədim, ulu, mərdanə şəhər dayandı onun qabağında. Sisyanov başını qoydu Bakıda. İndi də Lenin ordu yeridib. Görəsən onun kimi cəllad varmı dünyada?! Qan tutub gözlərini! Əlacı, imkanı olsa bütün dünyanı qana çalxalar. Bir yandan ordu yeridir Bakıya, bir yandan təbrik teleqramı vurur. Gərək son qətrə vicdanını da itirəsən ki, bu sözləri dilə gətirib, kağıza köçürəsən: "Yaşasın müstəqil Azərbaycan Sovet Respublikası".
Bir əlilə müstəqil məmləkətimizi silah gücünə işğal edib, müstəqil cümhuriyyətimizin bayrağını endirir, o biri əlilə yerində qana boyanmış qırmızı bayraq qaldıraraq "sizə azadlıq, səadət gətirmişik" deyirlər. Qoy, hələ siz deyən olsun. Gün gələr xalq öz sözünü deyər.
Neçə gündən bəri onu ağrım-ağrım ağrıdan, yandırıb-yaxan acı fikir içində köz salıb, köz-lənirdi. O, dərindən ah çəkdi. Elə bil atəş qopdu içindən, qırma-qırma oldu düşüncələri. "İndi mən nə üçün Stalinin yedəyində Moskvaya getməliyəm? Öz yerimdən. Yurdumdan niyə ayrıl-malıyam? Çoxları deyir: "Sən Stalinə minnətdar olmalısan, səni ölümün əlindən alıb, özü ilə aparır. Bəlkə də bir insan kimi, köhnə mübarizə yoldaşı kimi götürəndə, bunu deyənlərin hara-dasa bir az haqqı var. Ancaq atalar əbəs deməyiblər ki, borclu borclunun sağlığını istər. Axı mən də iki dəfə onu xilas eləmişəm. O da mənə borclu qalmaq istəməyib, qafqazlılara məxsus jest eləyib - Vladiqafqazdan Bakıya qatar sürdürüb: bu, çox yaxşı, bu kişiliyi, dost sədaqətini mən çox qiymətləndirirəm. Bəs, nə üçün o mənim taleyimə hökmran olmalıdır? Niyə mənim öz xalqımın içində, öz ailəmlə könlüm necə istəyirsə, eləcə də yaşamağa haqqım olmasın?!"
Uzaq yola çıxmağın da öz sirli-sehrli aləmi var. Ayrılıq dəmi yetişəndə ən iradəli, möhkəm adam belə kövrəlir; istəyir ki, kimsə arxasınca su atsın, əl etsin, ona "yaxşı yol" arzulasın. Bu, insanın nəsilbənəsil qanına keçmiş, qanında dövr eləyən bir hissdir, yaşarı istəkdir. İndi- yəcən heç kəs ondan aralanıb-ayrılmayıb və ayrıla da bilməz.
Vağzallar, yolayrıcları, ayrılıqlar, görüşlərg - bütün bunların hamısı insanın ürək tellərini, mürgülü duyğularını tərpədir, onu sarı sim üstə kökləyir. İndi onun da qəlbi sarı sim üstündə köklənmişdi, aranı dağa, dağı arana aparıb-gətirirdig
Bir də haray saldı, hayqırdı parovoz. Nəriman Nərimanov başının dəstəsiylə birgə Stalinlə, Serqo Orconikide və Budu Mdiviani ilə xudahafizləşib tələsik onların yanından keçərək vaqon-salondan düşdü. Çox keçmədi ki, tamburlarda, pilləkənlərin üstündə yalnız bələdçilər qaldı.
Üçüncü fit çalınanda elə bil onun varlığı dara çəkildi; içində nəsə qırıldı, acı yellər əsdi ürəyinin başında.
Parovoz var gücü ilə irəli dartındı, vaqonlar kəllə-kəlləyə gəldi, uzun bir şaqqıltı dalğası qıjıyıb keçdi vağzal boyunca.
Elə bu an perrondan gözünü çəkməyən Məmmədəli onun qolundan tutdu:
- Bir ora bax,Əmtin, ora!
- Nə var ki, orada?
- Bizimkilərdir!
- Ola bilməz!
- Odur ey!
Məmmədəminin baxışları perrona, məmmədəlinin göstərdiyi səmğtə sancxıldı. Doğrudan da, bütün qohum-əqrəba buradaydı. Onların arasında Ümbülbənini görəndə Məmmədəmini qəhər boğdu, gözlərində yaş çıldırladıg
Heç kəsin onu vağzaldan ötürməsinə razılıq verməmişdi. Məmmədəminin dalınca göndə-rilmiş maşın bir az əvvəl qapıdan aralanıb, heç Quba meydanına çatmamış Ümbülbəni Azəri də qucağına götürüb Balaxanı küçəsi ilə özünü qatar ayağına çatdırmışdı. Qohum-qonşu da onun da-lınca düşmüşdü.
Qatar yavaş-yavaş sürət götürürdü. Ümbülbəni də, qohumlar, qonşular da qatardan qopmur, irəli qaçırdılar. Məmmədəmin baxışlarını onlardan çəkə bilmir, elə bil gördüklərini gözlərində özü ilə aparmaq istə- yirdi.
O, çox dözümlü, iradəli adam olsa da ürəyi bu anların ağrısına dözə bilmirdi.
- Əmin, bu nədir, uşaq deyilsən ki? - Məmmədəli yalvarışlı səslə dedi. - Özünü ələ al, birdən görən olar, düşməni sevindirərik.
Məmmədəmin yaylıq çıxarıb gözünə çəkdi. Ancaq toxtamaq bilmirdi. Qəlbi od tutub od-lanırdı. İçindən yanar bir səs qopdu:
- Səninlə bir də görüşmək bizə qismət olacaqmı, Bakı?!
... Onun uzaqlarda qalmış Bakı ilə bağlı xəyalları çırpınıb-çırpınıb İstanbula qayıtdı. Pənc-ərədən bayıra baxdı. Yenə qar başlamışdı, elə bil gur çiçək açmış nəhəng bir alça ağacını kimsə güclü əlləri ilə silkələyirdi.

TƏQVİM / ARXİV