adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Avqust 2014 13:15
8591
İDMAN
A- A+

Cüdoçularımız dünya çempionatında medalsız qaldı - Yenilənib

Bu gün Rusiyanın Çelyabinsk şəhərində keçirilən cüdo üzrə Dünya çempionatında daha iki cüdoçumuz- 100 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya çempionu Elxan Məmmədov və ikiqat Avropa çempionatı mükafatçısı  Elmar Qasımov tatami üzərinə çıxacaq. İlkin mərhələdən azad olan hər iki cüdoçumuz mübarizəyə 1/16 final mərhələsindən qoşulacaq. 
Xatırladaq ki, mundiala 6 cüdoçu ilə qatılan yığmamızın çıxışını başa vuran 4 üzvündən heç biri mükafatçılar sırasına düşə bilməyib. 

Bu gün mübarizə aparan cüdoçularımızdan Elmar Qasımov ilk görüşündəcə özbək rəqibinə məğlub olub. Elxan Məmmədov isə ilk görüşündə macarıstanlı rəqibinə qalib gəlsə də, 1/8 finalda kubalı Joze Armenterosla bacarmayıb. Cüdoçularımızın ilk mərhələlərdəcə məğlub olması onları bürünc şansından da məhrum edib. Bu isə o deməkdir ki, yığma komandamız yarışı medalsız başa vurur.