adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Avqust 2014 00:53
16070
MƏMLƏKƏT
A- A+

İlham Əliyev yeniyetmələrin II Olimpiya Oyunlarının nəticələrini yüksək qiymətləndirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nanjinq 2014 Olimpiya Oyunlarının medalçıları arasında ölkə göstəricisinə görə onuncu yeri tutan Azərbaycan komandasının nailiyyətlərini yüksək qiymətləndirib. Adalet.az xəbər verir ki, doqquz idman növü üzrə çıxış edən 21 aparıcı gənc idmançıdan ibarət komandamız beş qızıl, altı gümüş və bir bürünc medal qazanıb.

Prezident qeyd edib ki, Azərbaycanın tarixində ən böyük idman hadisəsi olan 2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Oyunlarına ev sahibliyi bütün idman cəmiyyətini idmanı və qlobal Olimpiya hərəkatını ölkə gənclərinin həyatının ayrılmaz hissəsi kimi aydın məqsədli vahid bir strategiya ətrafında birləşdirib. Azərbaycan gənclərinin böyük coşqusu idmana və getdikcə daha yüksək səviyyələrdə iştiraka yönəlib.

O, həmçinin qeyd edib ki, bu oyunlar əhəmiyyətli və cəmiyyətə uzun müddət qulluq edəcək dünya səviyyəli idman məkanlarına birbaşa investisiya yatırmaqda köməklik edir və gənc komandamızın müvəffəqiyyəti 2015 İlk Avropa Oyunlarına hazırlıq məqsədilə yaradılan idmanın inkişafına dəstək təsisatlarının fəaliyyətinin birbaşa nəticəsidir.Azərbaycan idmançılarının Nanjinqdə qazandığı böyük uğurdan söhbət açan Azərbaycanın gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Azərbaycanın gələn il İlk Avropa Oyunlarının tam potensialından istifadə etməsinə, yəni ki, yalnız iki həftəlik idman tədbirinə ev sahibliyi etmək deyil, əslində ölkəmizdə idmanın uzunmüddətli inkişafına təkan verməsinə nail olmaqda israrlı olmağımızı deyir. Yeniyetmələrin II Olimpiya Oyunlarında qazanılan üç medal yarışmanın ən gərgin olan son günü qazanıldı: 63 kq çəki dərəcəsində güləşçi Teymur Məmmədov, 100 kq çəki dərəcəsində güləşçi İqbal Hacızadə və 46-49 kq çəki dərəcəsində boksçumuz Rufət Hüseynov qızıl medala sahib çıxdılar. 

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib: "Gələn ilin yayında ölkəmizdə Avropa Oyunlarının keçirilməsi artıq Azərbaycanın gənc idmançılarını yüksək nəticələr göstərməyə ilhamlandırıb.” "Bakı 2015 Avropa Oyunları çərçivəsində vətəndə, öz azərkeşlərinin qarşısında çıxış etmək gənc komandamız üçün güclü bir stimuldur. Mükəmməlliyə doğru və daha üstün göstəricilər üçün atılan addımlar Oyunlara aparan yolda, şübhəsiz, daha çox medalların qazanılması ilə nəticələnəcək.

Gənc idmançılarımızın vətənə gətirdiyi medallar onların beynəlxalq səviyyədə üzə çıxan yeni istedadlarının bariz təsdiqidir. Onların müvəffəqiyyəti ilə qürurlanır və yaxın gələcəkdə, istər Bakı 2015 Avropa Oyunlarında, istərsə də Rio 2016 Yay Olimpiya Oyunlarında onlardan daha böyük nailiyyətlər gözləyirik.”