adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Avqust 2014 21:44
4420
HADİSƏ
A- A+

İsmayıllı meşələrindəki yanğın söndürülüb

İsmayıllı meşələrində bir neçə gün davam edən yanğınlar yalnız bu gün, saat 19 radələrində söndürülüb. Adalet.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir ki, İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Talıstan meşəbəyliyinin 2 saylı dolayının yüksək dağlıq sahəsində baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.

 

Qeyd edək ki, yüksək dağlıq ərazidə bir-birindən uzaq məsafələrdə yerləşdiyindən və küləklə müşayiət olunduğundan yanğının söndürülməsi xeyli çətinlik yaratmışdı. Eyni zamanda, yanğının baş verdiyi ərazi yüksək dağ massivində, yəni dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranmışdı.

 

Buna görə də yanğının qarşısının alınmasında əsasən əl əməyindən və helikopterlərin köməyindən istifadə edilib. Həmçinin yaxın dağ çaylarından əl əməyi ilə su daşınıb.

 

Ümumilikdə bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın közərtilər də daxil olmaqla 20 hektara yaxın ərazini əhatə edib. Yanğın nəticəsində 4 hektara yaxın quru ot və kol örtüyünə ziyan dəyib.

 

Hazırda dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.