adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Avqust 2014 21:28
4782
SİYASƏT
A- A+

Avropa İttifaqının komissarı Azərbaycana gələcək

Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle sentyabrın 8-9-da Azərbaycanda səfərdə olacaq. Adalet.az Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə istinadən bildirir ki, səfərdə məqsəd Bakıda Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin qeyri-formal görüşündə iştirak etməkdir.


Bu görüşün keçirilməsi təşəbbüsü ilə Azərbaycan tərəfi çıxış edib.

 

Ş.Fülenin Azərbaycan rəsmiləri ilə Aİ və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

 

Qeyd edək ki, sentyabrın 8-də "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşü ilə yanaşı, sentyabrda 9-da Bakıda "Şərq Tərəfdaşlığı" ölkələrinin energetika və iqtisadiyyat nazirlərinin də qeyri-formal görüşünün keçirilməsi planlaşdırılır.