adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Avqust 2014 21:13
6329
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan filmi kinofestivalda

C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası və "Buta Films” şirkətinin birgə istehsalı olan "Sonuncu” qısametrajlı bədii filmi Rusiyanın Kalininqrad şəhərində keçirilən "Koroçe” ("Qısa”) kinofestivalında iştirak edib. Mədəniyyət və Turizm Nazirliyindən Adalet.az-a verilən məlumata görə, film Böyük Vətən müharibəsi veteranının həyatından bəhs edir. 


Filmin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, operatoru Denis Madışev, rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur. Filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.


Qısametrajlı filmlərin nümayiş olunduğu festivalın proqramında Rusiya, Yunanıstan, Böyük Britaniya, İran, Hindistan, İspaniya, ABŞ, Kanada, Moldova, İspaniya, Niderland və s. ölkələrdən də ekran əsərləri yer alıb.

 

"Sonuncu” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.