adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Avqust 2014 20:56
8512
İDMAN
A- A+

Azərbaycan pilotları beynəlxalq yarışlarında iştirak edəcəklər

Azərbaycan pilotları avqustun 30-31-də Türkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçiriləcək 3-cü Beynəlxalq Ardeşen Offroad Yarışlarında iştirak edəcəklər. Azərbaycan Avtomobil Federasiyasından verilən məlumata görə, federasiyanın dəstəyi ilə milli komandamız bu yarışda rəqib heyətlərlə mübarizə aparacaq.

 

Üçüncü Beynəlxalq Ardeşen Offroad Yarışlarında Türkiyə, Azərbaycandan başqa Gürcüstan, İran və Ermənistan pilotları da mübarizə aparacaqlar.

 

Xatırladaq ki, 2012-ci ildə keçirilmiş 2-ci Beynəlxalq Ardeşen Offroad Yarışlarında Azərbaycan ekipajı gümüş medal qazanmışdı.