Qəzetimizin ötən saylarından birində xəbər vermişdik ki, Türkiyənin Kayseri şəhərində uluslararası simpozium keçiriləcək. Və həmin simpoziumda "Türk tarixi və mədəniyyətində avşarlar" mövzusu müzakirə olunacaq. Avqustun 17-18-də keçirilən uluslararası simpoziumda Azərbaycan nümayəndə heyətindən Aydın Avşar (Alıyev) iştirak edəcək. Aydın müəllim səfər öncəsi bildirmişdi ki, simpoziumdan qayıdandan sonra yenə bizimlə görüşəcək, iştirakçısı olduğu simpoziumun gündəliyi və gördüyü işlər barəsində oxucularımıza öz maraqlı fikirlərini çatdıracaq.
Artıq Aydın Avşar məmləkətimizə qayıdıb və bizimlə həmsöhbətdir:
- Aydın müəllim, uluslararası avşar elləri simpoziumu barəsində fikirlərinizi eşitmək bizim üçün həqiqətən maraqlıdır. Odur ki, Kayseri şəhərində keçirilmiş bu möhtəşəm simpozium barəsində danışmağınızı xahiş edirəm.
- "Türk tarixi və mədəniyyətində avşarlar" mövzusunda keçirilən simpoziumda dünyanın müxtəlif bölgələrindən - Almaniyadan, Fransadan, İrandan, Amerikadan, Əfqanıstandan və digər məmləkətlərdən nümayəndələr iştirak edirdi. Bu simpoziumu keçirməkdə əsas məqsəd dünyaya səpələnmiş türk xalqlarının qollarından biri olan avşarların türk tarixindəki yeri, onların keçdikləri həyat yolu, bugünkü durumları və digər önəmli məqamların çözülməsi idi. Ən başlıcası isə dünya türklərinin birliyini, onların bir-birinə dayaq durub müxtəlif basqılara bir mövqedən cavab verməsini və türkün böyüklüyünü nümayiş etdirməsini dünyaya çatdırmaqdır.
- Aydın müəllim, bizə təqdim etdiyiniz simpozium sənədlərindən, eləcə də bu simpoziumun proqramından bəlli olur ki, tədbirdə dəyərli elm adamları, araşdırmaçılar, sənəd və mədəniyyət xadimləri iştirak ediblər.
- Bəli, əvvəlcə onu qeyd edim ki, simpozium iki gün davam etdi. Avqustun 17-də keçirilən konfransda böyük elm adamı, tarixçi, türk dünyasında və eləcə də bütövlükdə elm aləmində qəbul olunmuş professor, doktor Mustafa Kafalı birinci iclasa rəhbərlik etdi. Həmin iclasda professor, doktor Yusif Hallacoğlu "Son araşdırmalara görə Osmanlı bölgələrində avşarlar", doktor Tufan