adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Avqust 2014 15:15
4396
MƏMLƏKƏT
A- A+

İpoteka kreditlərinə görə Azad Rəhimova müraciət etdilər

Gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhəri  Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

 

Qəbulda Mingəçevir şəhəri ilə yanaşı,  Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayonlarından olan 40-a yaxın vətəndaş iştirak edib.

 

Müraciətlər gənclər, idman sahələri, Olimpiya İdman Komplekslərinin tikintisi, ipoteka kreditlərin verilməsi və şəxsi məsələlərlə bağlı  olub. Gənclər sahəsi üzrə edilən 10-a yaxın müraciətin əsas istiqaməti  Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili olub.

 

15-dən artıq müraciət  idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri istiqamətində olub.

Digər müraciətlər  ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı olub.

 

Bir sıra müraciətlər yerindəcə həllini tapıb.  Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.