adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Avqust 2014 15:10
2997
HADİSƏ
A- A+

Oğru mənzildə ev sahibi ilə üzləşdi

Bakıda mənzilə oğurluq hadisəsi zamanı oğru mənzil sahibini hədələyib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Adalet.az-ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 28-də Bakı şəhər sakini Nuranə Əliquliyeva Yasamal RPİ 26-cı PB-yə ərizə ilə müraciət edərək həmin gün saat 04 radələrində evinə pəncərədən oğurluq məqsədi ilə girmiş naməlum şəxsin evdəkiləri gördükdə mətbəxdəki bıçağı götürüb onları hədələməsini bildirib. 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Mehman Qoçuyev tutulub.