adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Avqust 2014 14:14
2886
MƏMLƏKƏT
A- A+

Nazirlikdən fermerlərə çağırış

Bölgənin xüsusiyyətlərinə uyğun olaraq taxıl sortlarının düzgün seçilməsi və sertifikatlı toxumdan istifadə edilməsi yüksək məhsul əldə etməyin əsas şərtidir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, taxılçılıqla məşğul olan torpaq mülkiyyətçiləri rayonlaşmış, sertifikatlı, yüksək məhsuldar taxıl sortlarının toxumları haqqında məlumatları nazirliyin rəsmi saytının http://agro.gov.az/ "Bitkiçilik” bölməsindən əldə edə bilərlər.

Məlumatda toxum istehsalı ilə məşğul olan fermerin adı, ünvanı, əlaqə telefonu, taxıl sortunun adı və reproduksiyası barədə məlumat öz əksini tapıb.