adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Avqust 2014 13:26
7849
ƏDƏBİYYAT
A- A+

“Ulduz” jurnalının tirajı artırılacaq

Hazırda 300 tirajla nəşr olunan "Ulduz” jurnalının tirajı yaxın vaxtlarda artırılacaq. Bu barədə "Ulduz”un baş redaktoru Qulu Ağsəs jurnalının redaksiya heyətinin toplantısında məlumat verib. Onun sözlərinə görə tirajın sayının artırılmasına səbəb jurnalın son nömrələrinin oxucular və abunəçilər tərəfindən maraqla qarşılanmasıdır: "Satışdan geriyə jurnal qayıtmır. Ancaq satışla yanaşı abunə məsələsini də diqqətdə saxlamalıyıq. Ədəbi çevrələrdə onsuz da jurnalımız alınır, izlənilir və dərgidə həyata keçirdiyimiz yeni layihələrlə bağlı müsbət rəylər eşidirik. Ancaq arzuolunandır ki, "Ulduz” təkcə ədəbi cameədə yox, elmi çevrələrdə, ali və orta məktəblərdə, kitabxanalarda, bölgələrdə də oxucu auditoriyası toplasın. Bunun üçün abunə olmaq ən yaxşı vasitədir”.

İclasda redaksiya heyətinin üzvlərindən şairlər Elçin Mirzəbəyli, Həyat Şəmi, Sevinc Mürvətqızı, Elşən Əzim, Vüsal Nuru, Xəyal Rza, Hafiz Hacxalıl, Nuranə Nur, Qılman İman, Fərid Hüseyn qatılıb və təkliflərlə çıxış ediblər. Redaksiya heyətinin toplantısının ayda bir dəfə keçirilməsi qərara alınıb.

Qeyd edək ki, bugünlərdə "Ulduz” jurnalının iyul sayı işıq üzü görüb.