adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Avqust 2014 13:20
3236
HADİSƏ
A- A+

İlham Mirzəyev məhkəmə qarşısına çıxacaq

Teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işinin materialları baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. Bu barədə Teleqraf.com-a məhkəmədən məlumat verilib.  

Məlumata görə, İlham Mirzəyevin cinayət işi hakim Məzahir Sadıqovun icraatına verilib və məhkəmənin hazırlıq iclası sentyabrın 9-na təyin olunub.  

Qeyd edək ki, İlham Mirzəyev aprelin 11-də saxlanılıb. Onunla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.