adalet.az header logo
  • Bakı 16°C
29 Avqust 2014 12:54
3644
MƏMLƏKƏT
A- A+

Şeyxülislam Gürcüstanda ad günü keçirdir

"Gürcüstan və Azərbaycan xalqlarının dostluğu və münasibətləri səmimiliyi və mehribanlığı ilə fərqlənir”. Adalet.az xəbər verir ki, bunu  Tbilisi aeroportunda jurnalistlərə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

 

Gürcüstana səfərindən şad olduğunu deyən şeyxülislam qeyd edib ki, xalqlarımız, ilk növbədə, ölkələrimizin ərazi bütövlüyünün təmin olunması üçün çox işlər görüblər.

Xatırladaq ki, A. Paşazadə Gürcüstana dostluq səfərinə gəlib və özünün 65 yaşını burada qeyd edəcək. Onu II İliya qarşılayıb.

A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi salamını bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyaya çatdırıb.


Katolikos-Patriarx Şeyxülislamı 65 illik yubileyi münasibəti ilə təbrik edib və onu "Gürcüstan xalqının dostu" adlandıraraq minnətdarlığını ifadə edib: "Sizi ad gününüz münasibətilə təbrik edirəm. Bir-birimizi uzun illərdir tanıyırıq və dostluğumuz getdikcə möhkəmlənir. Mən sizin simanızda Gürcüstanın əziz dostunu salamlayıram".

A.Paşazadə Gürcüstanın Prezidenti və parlamentinin sədri ilə də görüşəcək. O, Gürcüstanı sabah tərk edəcək.