adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Avqust 2014 12:41
7219
MƏDƏNİYYƏT
A- A+

Millət vəkili Xalça muzeyinin əhəmiyətindən danışdı

Nizami Cəfərov: "Bu muzey mədəni zənginliyimizi inkişaf etdirəcək bir mərkəzdir” 

 "Dövlət başçısı tərəfindən bugünlərdə açılışı edilən Xalça Muzeyi Azərbaycan xalça sənətini bütün dünyada tanıdan məkan olacaq”. Adalet.az-ın məlumatına görə, bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. N.Cəfərov bildirib ki, bu muzey memarlıq abidəsi kimi də böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycanın xalça sənətinin dünyada tanınması yönündə bundan sonra da ardıcıl işlər görüləcək. "Xalça Muzeyi digər muzeylərimiz kimi, həm Azərbaycan xalqını, həm də dünyanı maraqlandıracaq. Bu, həm də ideoloji hadisədir. Xalça Muzeyi Azərbaycan tarixinin mədəni zənginliyini inkişaf etdirəcək bir mərkəzdir. Bu muzey mədəniyyətimizə çox böyük uğur gətirəcək” – deyə, komitə sədri vurğulayıb.