adalet.az header logo
  • Bakı 20°C
29 Avqust 2014 11:08
4655
DÜNYA
A- A+

İŞİD qadın polisi yaradır

"İslam Dövləti” (İŞİD) döyüşçüləri qadınlardan ibarət Əl-Xansa briqadasını yaratmaq qərarına gəlib. Adalet.az xarici mətbuata istinadən bildirir ki, Məhəmməd peyğəmbərin ilk davamçılarından olan məşhur şairənin adını daşıyan briqadadakı qadınlar polis işçiləri olmaqla yanaşı, Raqqada qadınların İslam qanunlarına uyğun davranmalarına nəzarət edəcək. Raqqada gəzən silahlı qadınlar istədikləri zaman küçələrdə qadınları saxlayıb sorğu-sual edə və ya onların üzərində yoxlama apara bilərlər. Onların eləcə də küçədə gəzən və ya maşında olan qadınların yanlarındakı kişilərin ailə üzvü olub-olmadığını araşdırmaq ixtiyarı olacaq.

Qeyd edək ki, İŞİD-in qadın üzvləri sosial media vasitəsilə yeni dəstək qrupları təşkil edir, təcrübələrini bölüşür, yeni dostlar tapırlar. Yeni üzvlərə isə nə etməli olduqlarını və nə ilə üzləşə biləcəklərini öyrədirlər.