adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Avqust 2014 10:58
3458
GÜNDƏM
A- A+

Zakir Həsənovun Rumıniyaya səfəri başa çatıb

Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyaya səfəri başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, Avqustun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyanın iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Rumıniyanın müdafiə sənayesi şirkətlərinin imkanları barədə məlumat verilib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün hər iki tərəfin geniş imkanlara malik olduğu xüsusi vurğulanıb.

Bununla da Azərbaycanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyaya ikigünlük səfəri başa çatıb.