adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Avqust 2014 09:54
2208
HADİSƏ
A- A+

Meşə yanğınının qarşısı alındı

Azərbaycanının iki rayonunda meşə yanğınının qarşısı alınıb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şabran rayonu, Çuxurazəmi kəndində (rayon mərkəzindən 59 km aralı) 5 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 22:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi isə Quba rayonunda qeydə alınıb. Belə ki, rayonun, Alpan kəndində (rayon mərkəzindən 18 km aralı) 5 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı meşə sahəsi yanğından mühafizə olunub. Yanğın saat 00:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.