adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Fəvvarələr meydanında azərbaycanlıya ləkə olan biabırçılıq

ANAR İSAOĞLU
342034 | 2012-11-21 16:16
Aprelin 1-i Fəvvarələr meydanında biabırçılıq baş verib. Azərbaycana və azərbaycanlıya, ümumiyyətlə normal düşüncəli insana, yəni şüurunda çatlar olmayanlara yaraşmayan hadisə yaşanıb. Ölkəmizə hardansa göndərilən bir qrup rusdilli oğlan və qızlar Nizami küçəsinin ortasında şalvarlarını çıxarıblar. Hərəkətlərinin də adını qoyublar "Flaşmob".

İctimai yerdə şalvarlarını çıxarıb, alt paltarında keçi kimi ora-bura tullanan gəncləri görən ətrafdakı insanlar təəccüblə tamaşa etməklə kifayətləniblər. Hadisənin maraqlı tərəfi ondadır ki, asayişi qoruyan polislər həmin an gözə dəyməyib.

Belə çıxır ki, aksiya öncədən razılaşdırılıb. Kiminlə? Bilinmir. "Küçənin ortasında şalvarımızı çıxarmağa bizə icazə verin" xahişinə hansı səlahiyyət sahibi müsbət cavab verib? Bilinmir. Təkcə bilinən odur ki, şalvarlarını soyunanlar tərbiyəsiz hərəkətlərini 1 Aprelə həsr ediblər. Bu məntiqlə mayın 28-də, məsələn, Bulvarda alt paltarlarını çıxaranların da şahidi olacağıq.

İctimai yerdə soyunmaq əxlaqsızlıqdı və Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə həmin tərbiyəsiz adama cəza düşür. Fəvvarələr bağında isə "Flaşmob" adı altında soyunanlara nəinki "qaşın gözünə girir" deyən olub, əksinə, onlar soyunma əməliyyatını sona çatdırandan sonra bir yerə toparlanıb sevinclərini qışqırmaqla küçəyə səpələyiblər. Bakı sakinləri isə "sevinclər"in yanından laqeyidliklə keçiblər.

Dostlar, bu əxlaqsız hadisəyə etiraz etmək lazım idi. İctimaiyyət qarşısında şalvarını soyunan adamın şalvarını başına keçirmək lazım idi. Ki, elədiyi səhvi anlasın. Anlamasa sabah küçədə sex-lə məşğul olacaq və adını da "Flaşmob" qoyacaq.

Yazıqlar, daha bilmirlər ki, "Flaşmob" qısa zaman ərzində orijinal üsulla insanları maarifləndirməyə xidmət edir. Necə ki, Dalğa Gənclər Hərəkatı tez-tez "Flaşmob" maarifləndirmə tədbirləri düzənləyir. Xeyli sayda dalğaçı əllərində kitab şalvarlarını soyunanların hoqqa çıxardıqları parkda dəfələrlə "Kitab oxuyaq" aksiyası keçiriblər. Oxumaq cəmiyyəti inkişafa, soyunmaq isə tənəzzülə aparır.

Dostlar, bəlkə şalvar soyunma aksiyası Bakıya gey-parad dürtmək istəyən məkirli qüvvələrin testidi. Əxlaqsızlığa hansı səviyyədə yox deyə bilmək bacarığımızı yoxlayırlar.

Deyək: YOXXXXXXXX!

Anar İsaoğlu

Yazarın digər yazarlar

TƏQVİM / ARXİV