adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 Avqust 2014 10:16
2226
HADİSƏ
A- A+

Avtomobil kanala düşüb - 2 nəfəri su aparıb

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Apa-nın şimal bürosunun məlumatına görə, 1968-ci il təvəllüdlü Siyəzən rayon sakini Babayev Əlövsət Əliiskəndər oğlunun idarə etdiyi 10 DS 525 dövlət nömrə nişanlı "VAZ-2107” markalı avtomobil Taxta körpü su anbarının Ataçay adlanan hissəsində kanala düşüb.

Sürücünün oğlu, 1997-ci il təvəllüdlü Siyəzən şəhər sakini Babayev Əlövsət və 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Əmirov Rəşad Pirəli oğlu kanala düşdükləri yerdən 3 km aralıda sudan çıxa bilib.

Maşının sürücüsü və 1986-cı il təvəllüdlü sərnişin, Bakı şəhər sakini Şirinov Əlikişi Zikrət oğlunun axtarışları isə davam etdirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Kanalın suyu qurudulub, axtarış tədbirləri davam etdirilir.