adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Avqust 2014 10:13
7318
MƏMLƏKƏT
A- A+

Möhtəşəm Moto Festival başlayır - Şəkidə

Bu gün Şəkidə Qafqazın ilk Moto Festivalı start götürür.

ANS PRESS-in məlumatına görə, iki gün 29-30 avqust tarixlərində davam edəcək möhtəşəm CAUCASUS MOTO FESTi-nin rəsmi açılışı mərasimi Şəkinin tarix memarlıq abidəsi olan Aşağı Karvansarayda baş tutacaq. Zəngin və rəngarəng proqramlı Moto festivalın açılışı Milli qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edir.

Qədim Şəki şəhəri həm xarici, həm də paytaxtdan gedən qonaqları ən yüksək səviyyədə qəbul edəcək.

Festivalın ilk günü CMF sərgi və yarmarkasının açılışı, "Qanundan Kənar” filminin nümayişi ilə başlayacaq. Daha sonra qonaqlar Milli Çövkən oyununu izləmək şansı qazanacaqlar. Saat 20:30-da Moto Festivalın rəsmi açılış mərasimi baş tutacaq.

Mərasim Natiq ritm qrupu, Bon Jovie Tribyut Şou, Stones Şou, yerli və xarici DJ-lərin iştirakı ilə diskoteka "80-lar” və "Real Qabanlar” filminin nümayişi ilə davam edəcək. Öz rəngarəgliyilə seçiləcək festivalın ikinci günü öz işinə Olimpiya Kompleksinin qarşısında baykerlərin test ride ilə başlayacaq.

Motofestivala dünyanın bir çox ölkələrindən - ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran, Böyük Britaniyada və s. ölkələrdən baykerlər iştirak edəcək. Motoparadda onlarla bayker öz ölkələrinin bayraqları ilə Şəki küçələrində motohəvəskarları salamlayacaq.

Festival iştirakçılarına xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələrilə tanışlıq imkanı da yaradılacaq.