adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Avqust 2014 21:36
4430
GÜNDƏM
A- A+

Prezident İlham Əliyev Füzulidə avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev avqustun 28-də Füzuli rayonuna səfəri çərçivəsində Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı –Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

APA-nın məlumatına görə, bu yol pezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı Sərəncama əsasən tikilib. 2013-cü və 2014-cü illərin dövlət büdcələrindən ayrılan müvafiq vəsait hesabına bu yolun ümumi uzunluğu 32 kilometrdən çoxdur. Eni 8 metr olan yol 4-cü texniki dərəcəlidir. Yol üzərində 28 su keçidi yerləşir. Kəndlərarası avtomobil yolunun əhəmiyyətini artıran ən mühüm amil onun 13 yaşayış məntəqəsini birləşdirməsidir. Uzun illər bu sarıdan əziyyət çəkən həmin kəndlərin əhalisi artıq müasir standartlara uyğun yoldan istifadə edə biləcəklər.