adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Avqust 2014 18:16
10868
MƏMLƏKƏT
A- A+

Sərdar Cəlaloğlu Müsavatın qurultayının baş tutacağına inanmır

"Müsavatın sentyabrın 27-nə təyin olunan qurultayı baş tutmayacaq”.
 

Adalet.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri qurultayın baş tutacağına inanmadığını bildirib: "Hesab edirəm ki, İsa Qəmbərin getməsinin qarşısı alınacaq. Çünki bu, Müsavat üçün böyük itki olardı, xüsusilə də seçki öncəsi. Düzdür, hazırda seçki kampaniyası və namizəd qeydiyyatına start verilib. Lakin yenə də inanmıram ki, qurultay baş tutacaq. Ola bilsin ki, qurultayın vaxtı yenə ertələnsin, seçkidən sonraya saxlanılsın”.

 

ADP sədri əlavə edib ki, İ.Qəmbərin yerinə alternativ olaraq Arif Hacılını görür.


"Digər namizədlər də kifayət qədər təcrübəlidirlər. Lakin Müsavatı saxlaya biləcək şəxs İsa Qəmbərdən sonra Arif Hacılıdır. Əgər qurultay həqiqətən də keçirilsə, o zaman Arif Hacılının başqan ola bilmək şanslarını yüksək qiymətləndirirəm”, - deyə o, bildirib.