SƏNDƏN POLiS, MƏNDƏN DƏ CiNAYƏTKAR OLMAZ

ƏBÜLFƏT MƏDƏTOĞLU
32293 | 2007-08-29 01:35
Adamınki gətirməyəndə gətirmir. Nə qədər cəhd etsən də, nə qədər yüyürüb-yortsan da, nə qədər özünü oda-közə vursan da iş tərsə düşdü, qurtardı. Qan-tər töküb ilan dili çıxartsan da bəd bədin dalınca gəlir, uğursuzluq imkan vermir ki, göz açasan. Amma bütün bunlara baxmayaraq, yaşamaq zorundasan və elə həmin yaşamaq həvəsi ilə də adətən "ağır gün" hesab olunan həftənin ilk günü işdən çıxıb evə gedirdim...
   
   Metronun "20 Yanvar" stansiyasında evimizin xanımı gözləyirdi məni. Qohumların birinə baş çəkməyə gedəcəkdik. Metronun yanında marşrut avtobusundan düşdüm əlimin işarəsi ilə məni gözləyən xanımıma bildirdim ki, darıxmasın bir su alıb gəlirəm. 3 mikrorayon dairəsində mağazaya yaxınlaşanda orta boylu, orta köklükdə mülki geyimdə bir nəfər mənə yaxınlaşdı, çox amiranə bir şəkildə əlini uzadıb salam, sizi bir dəqiqə olar - dedi.
   
   Təbii ki, dayandım mənə doğru uzanmış tanımadığım əli havada boş qoymayıb tutdum. Elə bil bu məqamı gözləyirdi. Əlimi buraxmayıb məni "tin"ə çəkdi və sorğu-sual başladı:
   
   - Haralısan? Ad familiyan nədi? Harada yaşayırsan? O qadın kim idi?
   
   Doğrusu, çaşıb qalmışdım. Əlimi əlinin içindən buraxmayan bu adamın suallarını qulaqlarımda səsləndirə-səsləndirə soruşdum:
   
   - Bağışlayın, siz kimsiniz? Bu nə sorğu-sualdır?
   
   - Mən polis əməkdaşıyam, suallarıma cavab ver.
   
   - İndi ki polissiniz, özünüzü təqdim edin.
   
   Sərt münasibətimi görüb əlimi bir az da bərk sıxaraq vəsiqəsini çıxarıb kənardan göstərməklə polis Sadıqov - dedi.
   
   - Hə, cənab Sadıqov mən də "Ədalət" qəzetindən filankəs.
   
   Və bunun ardınca başladı doğulduğum yerdən tutmuş, oxuduğum məktəbə qədər. Qaçqın düşdüyüm yerə kimi. Hal-hazırda yaşadığım ünvan da daxil olmaqla. İş telefonumdan mobil telefonuma qədər və yolun solunda maraqdan gözləri böyümüş halda məni gözləyən xanımımın kimliyini deməklə əməlli-başlı bir məruzə etdim. Sanki bu kifayət etmədi. Bir də yaşadığım ünvan soruşuldu. Məcbur olub ünvanımı da dedim, baş redaktorun adını da, onun millət vəkili olduğunu da xatırlatdım. Hətta Daxili İşlər Nazirliyinin strukturunda çalışan tanışların da adını dilə gətirdim. Deyəsən, axırıncı təsir elədi. Əlimi buraxdı və heç nə demədən çıxıb getdi.
   
   Bu bəlkə də ilk dəfə olsaydı o qədər də fərqinə varmazdım. Təəssüf ki, bu cür hallarla artıq bir neçə dəfədir ki, qarşılaşıram. Hətta bir dəfə metroya girəndə yenə məni "tin"ə çəkdilər, uzun çək-çevirdən sonra əlimdəki "Ədalət" qəzetini açdım. Nə yaxşı ki, həmin gün yazımı şəklimlə vermişdim. Onlar da bir şəklimə baxdılar, bir özümə baxdılar, özü də müxtəlif profillərlə. Sonra da "hə, yaxşı, gedin" - dedilər.
   
   Xatırlatdığım bu hadisələrdən sonra çox götür-qoy edib özüm üçün bir qərar qəbul etdim. Bundan sonra özümə aid olan bütün sənədləri üzərimdə gəzdirirəm. Baş redaktorumdan tutmuş, korrektorumuzun ev və mobil telefonlarını, ünvanlarını, eləcə də hüquq-mühafizə orqanlarında çalışan qohumlarımın və dostlarımın, həmyerlilərimin telefonlarını, ünvanlarını. İmkan olsa şəkillərini də özümlə hər yerə aparacam. Şər deməsən xeyir gəlməz. Sadıqovla bir də rastlaşa bilərəm. Kasıb adamam konturum da olmaz, əlim heç yana çatmaz, barı məşhur tamaşaların birində deyildiyi kimi, "dəqumentlər"in hesabına canımı qurtararam.
   
   ... Ola bilsin ki, məni cinayətkara oxşadıblar və yaxud da şübhəli şəxsə. Mən bəri başdan törətdiyim cinayətləri sadalayım, baxın, görün bu, Cinayət Məcəlləsinin hansı maddəsi ili üst-üstə düşür və yaxud da uyğun gəlir. Mənim törətdiyim cinayətlər aşağıdaklardır.
   
   1. Torpaq uğrunda şəhid ola bilməmişəm, qaçqınam.
   
   2.

TƏQVİM / ARXİV