adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Avqust 2014 18:12
6033
MƏMLƏKƏT
A- A+

Millət vəkili Oqtay Şirəliyevə müraciət etdi

Millət vəkili Qənirə Paşayeva Səhiyyə nazirinə tibb, tibb-həkim məntəqələrinin ön cəbhə kəndləri olan Əlibəylidə təmiri, Ağdam, Vahidli və Hacallı kəndlərində tikintisi ilə bağlı müraciət edib. 


Adalet.az xəbər verir ki, bu barədə millət vəkili "facebook" hesabında məlumat paylaşıb.

"Əziz Ermənistanla ön cəbhə kəndlərimiz Əlibəyli, Ağdam, Vahidli və Hacallı sakinlərimiz! Sizin Əlibəyli kəndimizdəki tibb məntəqəsinin təmiri, Ağdam, Vahidli və Hacallı kəndlərində həkim məntəqəsinin tikilməsi ilə bağlı xahişinizlə bağlı 3 gün əvvəl ölkəmizin Səhiyyə Naziri hörmətli Oqtay müəllimlə görüşdüm. Bir neçə gün öncə sizinlə təkrar görüşlərimizdə Ermənistan tərəfindən atəşkəsin mütəmadi pozulması hallarını da nəzərə alaraq və ümumiyyətlə bu kəndlərdə normal səviyyəli tibb və həkim məntəqələrinin tikilməsi ilə bağlı xahişlərinizi sizin və öz adımdam cənab nazirə çatdırdım. Eyni zamanda sizin həm müharibənin o qızğın illərində həm də indi necə fədakarlıqlarla ön cəbhə kəndlərimiz üçün çalışdığınızı, ən ağır zamanlarda belə heç zaman öz evlərinizi bir gün belə olsun tərk etmədiyinizi və bu gün də düşmənə öz mətanətliliyinizlə, qəhrəmanlığınızla cavab vermənizi söylədim”.