adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Avqust 2014 18:02
5067
DÜNYA
A- A+

İhsanoğlu Ərdoğanın inaqurasiyasına qatılmadı

Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının vahid namizədi olan Ekmeleddin İhsanoğlu Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etməyib.

Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, mərasimə qatılmayanlardan biri də Cümhuriyyət Xalq Partiyasının lideri (CHP) Kamal Kılıçdaroğludur.  

Prezidentliyə digər namizəd Xalqların Demokratik Partiyasının rəhbəri Selahattin Demirtaş isə andiçmə mərasiminə qatılıb. Bundan başqa, mərasimdə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı, bu partiyadan olan millət vəkilləri iştirak ediblər.