adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Avqust 2014 15:14
11694
SİYASƏT
A- A+

Müsavatçılar kimi başqan görmək istəyir?-Sorğu

Sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçiriləcək. Qurultay Müsavat başqanlığına yeni şəxsin seçilməsi ilə əlamətdar olacaq. Artıq bu gündən etibarən  namizədliklərin irəli sürülməsi prossesinə start verilib. Başqanlığa ilkin namizəd gənclərin böyük dəstəyini qazanan Tural Abbaslı olub. T.Abbaslı ilə yanaşı Müsavat başqanının həbsdə olan müşaviri Yadigar Sadıqlı da namizədliyini irəli sürüb. Bu iki şəxslə yanaşı partiyanın icra aparatının rəhbəri Arif Hacılı və partiyanın Divan üzvü Qubad İbadoğlunun namizədliyini irəli sürəcəyi gözlənilir.


Adalet.az saytı müsavatçılar arasında sorğu keçirib. Onların başqanlığa layiq gördüyü namizədi müəyyən etməyə çalışıb. 

Sorğuda iştirak edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu məsələyə lakonik və bitərəf münasibət bildirib: "Kimliyindən asılı olmayaraq, partiya kimi seçsə onu da başqan olaraq qəbul edəcəm".

Partiyanın divan üzvü Bəhruz Əsədbəyli bu məsələdə neytral mövqe tutduğunu deyib: "Hər biri ayrı-ayırılıqda layiqli namizədlərdir. Bütün namizədləri dəstəkləyirəm".

Partyanın gənc üzvü Cavanşir Abbaslı gəncliyin yanında olduğunu vurğulayıb: "Biz gənclər olaraq, aylar öncədən namizədimizi müəyyənləşdirimişik. Bizim yeganə namizədimiz Tural Abbaslıdır".

"Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxan dəyişiklik tərəfdarı olmadığını deyib: "Mən bir müsavatçı olaraq bu məsələdə İsa Qəmbərin başqanlıqda qalmasının tərəfdarıyam. Amma artıq bu məsələ gündəmdən çıxıb, çünki İsa bəy başqanlıqdan getməklə bağlı qərarını verib. İddialılardan kim başqanlığa daha layiqlidi sualına yox, hansı namizəd başqan olsa bu,  Müsavavat üçün minimum itkilərle müşayiət olanacaq sualına cavab axtarmaq lazımdı. İstənilən halda yeni başqan partiyada narazıların aktivləşməsi və hətta bəzi istefalarla müşayiət olanacaq. İsa Qəmbərdən sonra onun çapında bir başqanlğa namizəd tapmaq demək olar mümkün deyil. Amma məşhur ifadədə deyildiyi kimi, demokratiyada çarə tükənməz. İnananaq ki, Müsavat bu sınaqdan az itkiylə və az ziyanla çıxa biləcək. 

Partiyanın hazırki başqan müavini Vurğun Əyyub əvvəlki fikirlərində qərarlı olduğunu söyləyib:"Daha öncəki fikirlərimin üstündə dayanıram. Ən layiqli namizəd Qubad İbadoğlunu görürəm".

Partiyanın daha bir divan üzvü İkram İsrafil namizədinin adını açıqlamayıb, bu barədə danışmağın tez olduğunu bildirib: "Hələlik bu məsələ ilə bağlı fikir bildirmək doğru olmazdı. Təbii ki, mənim də namizədim var. Çox istərdim ki həmin namizəd seçkidə qalib gəlsin".

Partiyanın Xaçmaz rayon təşkilatının sədr müavini Könül Mirzəyeva Arif Hacılını dəstəklədiyini deyib.

Gənc müsavatçı Kərim Kərimli seçiminin Tural Abbaslıdan yana olduğunu bildirib.

Partiya üzvü Vəfa Cümşüdlü ən layiqli namizəd olaraq Arif Hacılının adını çəkib, səsini məhz ona verəcəyini bildirib: "Uzun illərin sınağından üzüağ çıxmış, həyatını Müsavata və onun ideologiyasının həyata keçməsi üçün mübarizəyə sərf etmiş insana- Arif Hacılıya vərəcəm".