adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

REGİON

2751 | 2014-08-28 02:15
(Əvvəli ötən sayımızda)

Şəhər və kənd EATS-ləri ərazisində telefon çəkilişi aparmaqla yanaşı, mövcud kabel-kanalizasiya quyularında və hava rabitə xətlərində cari təmir işləri görülmüşdür. Hava rabitə xətlərində cari təmir işləri aparılaraq, H.Əliyev prospekti, A.Abuzərov, H.B.Zərdabi, Nizami küçələri boyunca texniki normaya gətirilmişdir. 2014-cü ilin birinci yarımilində əhaliyə və təşkilatlara yüksək sürətli internet xidməti göstərilməsi işləri davam etdirilmişdir. Bu məqsədlə 3 EATS-da 128,48,24 portluq ADSL avadanlığı quraşdırılaraq abunəçilərin yüksək sürətli internetə qoşulması təmin edilmişdir. Hal-hazırda şəhər və kənd EATS-ləri üzrə 1018 abunəçi yüksək sürətli internet xidmətindən istifadə edir. Rayon üzrə son altı ay ərzində 161 abonent sürətli internetə qoşulmuşdur.
2014-cü ilin altı ayında rayonun enerji sisteminin bilavasitə dayanıqlığını artıran bütün istehlakçıları fasiləsiz və keyfiyyətli enerji ilə təmin etmək məqsədi ilə işlərin icrası davam etdirilmişdir. Belə ki, rayonun Soltanabad kəndində enerji itkisinin qarşısını almaq məqsədi ilə 10 kv-luq Mircəlal hava xəttindən qidalanan 160 kva transformatorun 0.4 kv-luq tərəfində 1200 metr istismara yararsız naqillər SİP kabellə əvəz olunmuşdur.
Qazlaşdırma tədbirləri dövlət proqramı çərçivəsində davam etdirilmişdir. Bu sahədə işlər başlanandan hal-hazıradək rayonun 44 yaşayış məntəqəsindən Saatlı şəhər, Mollavazlı, Qıraqlı, Mustafabəyli, Bəylik və Novruzlu kənd yaşayış məntəqələrinə təbii qaz verilişi təmin edilmiş, Qarayevkənd, Xanlarkənd, Çolpı, Soltanabad, Mircəlalkənd, Nəsimikənd, Smadakənd, Yeni Novruzlu, Bəylər, Əlisoltanlı və Potubəyli kəndlərinin təbii qaz təminatını bərpa etmək üçün qaz xətlərinin çəkilişinə başlanılmışdır.
SAĞLAM İNSAN
SAĞLAM GƏLƏCƏKDİR

Ötən müddət ərzində də təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə böyük diqqət yetirilmiş, vacib sosial layihələrin həyata keçirilməsinə aidiyyəti dövlət qurumları ilə birgə lazımi səylər göstərilmişdir. Əlbəttə, rayonda Tibb Kollecinin açılması orta tibb işçisinə olan ehtiyacları da aradan qaldıracaqdır. Mərkəzi Rayon Xəstəxanası, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, güzəştli xəstələrə və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin daha da artırılması sahəsində tədbirlər mütəmadi olaraq həyata keçirilmişdir. Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir olunması insanların daha gözəl şəraitdə müayinə olunmalarına və müalicə edilmələrinə geniş imkanlar yaratmışdır. Xəstəxana təmirdən sonra müasir tibbi avadanlıqla və lazımi texniki vasitələrlə təchiz olunmuşdur. Müasir tibbi avadanlıqlardan istifadə üçün Mərkəzi Xəstəxananın həkimləri qısamüddətli tibbi kurslara cəlb olunmuşdur. Əhalinin sağlamlığının qorunması istiqamətində millət vəkili, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə səhiyyənin müxtəlif sahələrini əhatə edən həkim briqadaları tərəfindən rayonda müayinə və müalicəyə ehtiyacı olan əhaliyə tibbi köməkliklər göstərilmişdir.

SAATLI İRİ KƏND
TƏSƏRRÜFATI RAYONUDUR

Kənd təsərrüfatı bölməsində işin səmərəli şəkildə qurulması, dövlət tərəfindən məhsul istehsalçılarına göstərilən maliyyə və texniki dəstək, suvarma suyunun vaxtında verilməsi, kənd əməkçilərinin texnika ilə təminatı məhsul istehsalının artımına əlavə imkanlar yaratmışdır. Bu sahədə əlbəttə ki, Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına maliyyə yardımı verilməsi kimi mühüm dövlət tədbirini xüsusi qeyd etməliyik. Rayonda istehsalçılara ödənilən subsidiyalarla bağlı sənədlərin Respublika Komissiyasına vaxtında təqdim edilməsi təmin olunmuşdur. Buğda əkininə görə subsidiyaların ödənilməsi (5350 nəfər buğda istehsalçısına) tam yerinə yetirilmiş, builki əkinə görə ayrılan maliyyə yardımı üçün tələb olunan sənədlər hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir.
Saatlı Aqroservis filialı tərəfindən ötən 6 ay ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına 630 tona qədər güzəştli şərtlərlə azot gübrə paylanmış, servisə məxsus 14 kombaynla 1800 hektara qədər taxıl sahəsi biçilmişdir. Bundan əlavə filialın maddi-texniki bazası gücləndirilərək 7 ədəd Avropa istehsalı olan kombaynlar və 9,0 min manat dəyərində ehtiyat hissələri alınmış, 3 ədəd şum traktoru təmir olunaraq saz vəziyyətə gətirilmişdir ki, bunların texniki dəstəyi ilə istehsalçılara lazımi köməkliklər göstərilmişdir.
2014-cü ilin birinci yarımilində Saatlı rayonunda maldarlığın inkişaf etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin ::::Toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə:::: 21 avqust 2008-ci il tarixli 3000 saylı Sərəncamı ilə əlaqədar yüksək məhsuldar cins mal-qaradan 26 baş ::::Aqrolizinq:::: ASC tərəfindən alınaraq rayona gətirilmişdir. 01 iyul 2014-cü il tarixə qədər həmin cins mal-qaradan 61 baş bala alınmış, balalar damazlıq və diri çəkidə ət kimi satılmış, hal-hazırda həmin təsərrüfatlarda 52 baş mal-qara vardır.
Hesabat dövründə 3554 ton diri çəkidə ət,19378 ton süd və 4618 min ədəd yumurta istehsal edilmişdir. Heyvandarlıq sahəsində artım müşahidə edilmişdir. Belə ki, hazırda rayonda bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qara 66789 baş, o cümlədən ana inək və camışların sayı 31595 baş, qoyun və keçilərin sayı 102951 baş olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə mal-qara 25 baş, qoyun və keçilərin sayı isə 1562 baş artmışdır.
2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 21031 hektar taxıl əkilmişdir. Bunun 16740 hektarını buğda, 4291 hektarını isə arpa təşkil etmişdir. 01 iyul 2014-cü il tarixə 16740 hektar buğda əkin sahəsindən 62105,4 ton buğda məhsulu yığılmışdır ki, bu da hər hektardan 37,1 sentner, 4291 hektar arpa sahəsinin hər hektarından isə 29,7 sentner olmaqla 12744,3 ton məhsul istehsal edilmişdir.
2014-cü ilin birinci yarımilində rayon üzrə 3611 ha sahədə pambıq, 436 ha sahədə kartof, 2714 ha sahədə bostan, 931 ha sahədə tərəvəz əkilmişdir.
Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün melorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi sahəsində 2014-cü ilin birinci yarım ilində kollektor-drenaj şəbəkəsində 168.06 km məsafədə 442.2 min m3 lildən təmizləmə işi aparılmış,ümumi uzunluğu 299 km olan suvarma kanallarında 778 min m3 mexanizmlə lildəntəmizləmə işləri aparılmışdır. O cümlədən 79 ədəd hidro-texniki qurğu, 4 ədəd istehsalat binası,13 ədəd hidropost və 4 nasos stansiyası təmir edilmişdir. Araz çayı üzərində nasos stansiyası yanında faşın hörgüsü vasitəsi ilə 276 m3 həcmində yamacbərkitmə işləri aparılmışdır.
Saatlılar inanırlar ki, rayonun daha böyük uğurları öndədir.



TƏQVİM / ARXİV