adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Avqust 2014 16:36
12858
KRİMİNAL
A- A+

Bakıda it oğrusu tutulub

Bakıda 23 yaşlı oğlan it oğurluğuna görə saxlanılıb. Nizami rayonu ərazisində yeniyetmələrin itlə getdiyini görən Tanriverdiyev Yusif İlham oğlu onları güdüb. Sonra gəzdirmək adı ilə yaxınlaşıb və iti götürərək aradan çıxıb. Zərərcəkən şəxs polisə verdiyi ifadəsində oğurlanan itin qiymətinin 2000 manat olduğunu bildirib.

Oğurlanan it tapılaraq sahibinə qaytarılıb. Polis bu şəxsin digər analoji cinayətlərdə iştrakını istisna etmir.

APA TV-nin xəbərinə görə, Tanrıverdiyev aralarında yaranan narazılığa görə tələbə yoldaşı Həsənova Nahidə Pirverdi qızını döydüyündən barəsində digər icraatda da cinayət işi başlanıb.