adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Avqust 2014 14:27
4990
HADİSƏ
A- A+

Tanınmış vizajist qəzaya düşdü - Bakıda

Azərbaycanın tanınmış stilist-vizajisti Vəfa İbrahimzadə avtomobil qəzasına düşüb.
Vəfa İbrahimzadənin Avropa.info-ya verdiyi məlumata görə, hadisə aeroprt yolunda baş verib. Vizajist bildirib ki, yüksək sürətlə hərəkət edən avtomobilin qəfildən təkəri partlayıb. Bundan sonra avtomobil aşıb. Qəza nəticəsində V.İbrahimzadə ciddi bədən xəsarəti alıb.

V.İbrahimzadə deyib ki, avtomobildə onun ailə üzvləri də olub. Qəzada vizajistin qızının daxili orqanları zədələnərək, əməliyyat olunub.

V.İbrahimzadə deyib ki, hal-hazırda qızının vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Vəfa İbrahimzadə Avroviziya beynəlxalq mahnı müsabiqəsində stilist-vizajist kimi iştirak edib.