adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Avqust 2014 14:14
6451
DÜNYA
A- A+

Türkiyədə hakim partiyanın qurultayı keçirilir - Yenilənir

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının sədrliyindən istefa verib.

Adalet.az xəbər verir ki, AKP-nin hazırda Ankarada keçirilən qurultayında çıxış edən Ərdoğan özü bu haqda açıqlama verib.

Partiyanın yeni sədri vəzifəsinə hazırkı xarici işlər naziri Əhməd Davudoğlu namizəddir.

Hazırda qurultayda bu məsələyə baxılır.

***
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının növbəti qurultayı işə başlayıb. Adalet.az xəbər verir ki, qurultayda AKP-nin sədri, hazırkı Baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidenti seçilməsi ilə əlaqədar təşkilati məsələyə - xarici işlər naziri Əhməd Davudoğlunun partiyanın sədri və baş nazirliyə namizəd məsələsinə baxılır.

Ankaradakı "Arena” İdman Kompleksində keçirilən qurultayda 30 minə yaxın partiya üzvü, müxtəlif ölkələrdən dəvət olunmuş qonaqlar, diplomatik korpusun təmsilçiləri iştirak edirlər.