adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Avqust 2014 14:02
4215
MƏMLƏKƏT
A- A+

Meşə yanğını ilə bağlı nazirlikdən xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllıdakı meşə yanğını ilə bağlı məlumat yayıb. Nazirlikdən Adalet.az-a verilən məlumata görə, avqustun 26-sı saat 17 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Talıstan meşəbəyliyinin 2 saylı dolayının yüksək dağlıq sahəsində yanğın hadisəsi baş verib.

İlkin ehtimala görə, yanğın meşədə böyürtkən yığan kənd sakinlərinin odla ehtiyatsızlığı səbəbindən baş verib. Yanğının söndürülməsinə ETSN-nın müvafiq yerli qurumlarının və FövqəladəHallar Nazirliyinin (FHN) Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub.


Qeyd edək ki, yayılma arealı geniş olsa da, yanğın bir-birindənaralı məsafələrdə yerləşən kiçik sahələrdə ümumilikdə 1 hektar quru ot
və kol örtüyünü əhatə edir. Yanğının qarşısını almaq üçün ETSN və FHN-nin yerli qurumlarının əməkdaşları tərəfindən operativ tədbirlər davam etdirilir.

Havaların isti və quraq keçməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.