adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Avqust 2014 13:46
3592
SİYASƏT
A- A+

Başqanlığa görə istefa verdi

Müsavat başqanının müşaviri Səxavət Əlisoy vəzifəsindən istefa verib.

Adalet.az xəbər verir ki, bu barədə APA-ya S.Əlisoy özü məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Müsavat başqanlığına keçiriləcək seçkilərdə namizəd kimi sərbəst iştirak etməkdir: "Seçkilərə namizəd olduğum halda, başqanın müşavirliyinin verdiyi siyasi avantajdan istifadə etmək istəmirəm. Sıravi müsavatçı kimi seçki kampaniyasında iştirak etmək niyyətindəyəm”.

S.Əlisoy qeyd edib ki, istefası ilə bağlı Müsavat başqanı İsa Qəmbərə müraciət edib.