adalet.az header logo
  • Bakı 20°C
27 Avqust 2014 13:10
14111
MƏDƏNİYYƏT
A- A+

Lerikdə Plov Festivalı keçiriləcək

Sentyabrın 8-də Lerikdə Plov Festivalı keçiriləcək. Milli Kulinariya mərkəzindən Adalet.az-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə baş tutacaq festivalda 8 rayonunun özünəxas plovları sərgilənəcək. Hər bir rayon ən azı 3 plov hazırlayacaq. Uzunömürlülər Festivalı ilə bir arada keçiriləcək tədbir Mədəniyyət və Turizm Nazirliyi, Lerik İcra Hakimiyyəti tərəfindən təşkil olunur. Münsiflər heyətində təcrübəli mütəxəssislər iştirak edəcək.

Tədbirin keçirilməsində məqsəd uzun ömür və sağlam həyat tərzinin təbliği, yeməklərin uzunömürlülüyə təsirinin nümayiş olunması, Azərbaycan plovlarının tanıdılması və təbliği, yeni formalarının aşkar olunması və təcrübə mübadiləsidir.

Mərkəzdən o da bildirilib ki, gələcəkdə beynəlxalq səviyyədə festivalın keçirilməsi düşünülür və bunun Lerikdə brend halına gətirilməsi planlaşdırılır. Şəkidə şirniyyat festivalı, Qəbələdə mürəbbə və s. tədbirlər olduğu kimi digər bölgələrimizdə də bu cür məxsusi festivalların keçirilməsi nəzərdə tutulur.

Azərbaycan mətbəxinin şah yeməyi sayılan plovun 200 növü var. Amma hazırda plovun daha çox 18 növü bişirilir. Plov Azərbaycanla yanaşı digər şərq ölkələrinin də əsas yeməklərindən sayılır.