adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Avqust 2014 13:08
7240
SİYASƏT
A- A+

Musa Qasımlı Ərdoğanın qələbəsində Azərbaycanın rolundan danışdı

"Rəcəb Tayyib Ərdoğanın ilk xarici dövlət olaraq Azərbaycana səfər etməsi barədə qərar verməsi iki ölkə arasında münasibətlərin köklərinin dərinliyində müasir vəziyyətindən və prespektivindən xəbər verir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsinə münasibətini bildirərkən deyib. 
 
Musa  Qasımlı qeyd edib ki, bizim ölkələrimiz arasında münasibətlərin dərin kökləri var: "İndiki şəraitində yeni keyfiyyət mərhələdədir. Bu münasibətlərin böyük prespektivləri var. Azərbayacan ilə yaxşı münasibətlər qurmayan heç bir türk hökuməti uzun müddət hakimiyyətdə qala bilməz. Hər hansı bir partiya isə Azərbaycanın maraqlarının yanında olmazsa seçkilərdə uğur qazana bilməz. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Azərbaycana səfəri qarşılıqlı münasibətlərdə yeni keyfiyyət mərhələsi açacaq, münasibətlər maddi təməlləri daha da möhkəmlənəcək və yeni imkanlar yaranacaq”.