adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Avqust 2014 13:02
5323
GÜNDƏM
A- A+

Müsavatın təşkilat sədri saxlanıldı

Bu gün səhər saatlarında Müsavat Partiyasının Göygöl Rayon Təşkilatının sədri Subatay Quluzadə saxlanılaraq, polis idarəsinə aparılıb.

Onun saxlanılmasının səbəbləri məlum deyil. Artıq 2 saata yaxındır ki, onun telefonuna zəng çatmır.

Adalet.az xəbər verir ki, bu barədə musavat.com-a məlumatı Müsavat Divanının üzvü Tural Abbaslı verib.

O bildirib ki, Subatay Quluzadə sonuncu dəfə polis idarəsinin önündən zəng vurub: "Neçə vaxt idi ki, Subatay bəy davamlı olaraq, polis idarəsinə çağırılırdı. İzahatlar alınıb, buraxılırdı. Bu gün isə yenidən idarəyə dəvət olunub. Ehtimal var ki, həbs ediləcək. Sonuncu dəfə 2 saat öncə zəng vurmuşdu.

O zamandan əlaqə saxlamaq mümkün deyil. Telefonunu qardaşına verəcəyini demişdi. Görünür, imkan verməyiblər”.