adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Avqust 2014 11:44
4547
SİYASƏT
A- A+

“Müsavat YAP-la mübarizə aparmaq üçün uzun tarixi yol keçməlidir”

Müsavat Partiyası emblemində dəyişiklik etmək qərarına gəlib. Partiya funksionerləri hesab edir ki, məsələyə qurultayda baxılmalıdır. Artıq yeni emblemin format da hazırdır.

YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov Adalet.az-a açıqlamasında deyib ki, Müsavat Partiyası emblemində bir dəyişiklik etsə belə bu partiyanın siyasi fəaliyyətinə təsir göstərməyəcək. A.Hüseynov hesab edir ki, Müsavat Partiyasında emblem yox rəhbərlik dəyişməlidir: "İsa Qəmbər və onun himayəsində olanlar yalnız xarici maraqlara xidmət etdiyindən bu gün Müsavata olan inam azalıb. Artıq bu partiyanın demək olar ki, adı qalıb. Radikal mövqe tutaraq, hökumətin həyata keçirdiyi siyasətə qara yaxaraq heç nəyə nail ola bilməyən Müsavat rəhbərliyi YAP-ı özlərinə rəqib hesab edir. Mən deyərdim ki, Müsavat bundan sonra 10 il təşkilatlansa belə YAP-la mübarizə aparmaq əzmində olmayacaq”.