adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Avqust 2014 11:36
4001
İDMAN
A- A+

“Qarabağ” cavab oynuna yollandı

Avropa Liqasının "Pley-off”mərhələsi çərçivəsində "Qarabağ” futbol klubu Hollandiyanın "Tvente” klubu ilə cavab oyununa çıxacaq.

Adalet.az xəbər verir ki, oyun avqustun 28-i saat 22:30-da "De Grolsch Veste” stadionunda baş tutacaq. Görüşü italiyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Paolo Silvio Mazzoleni, onun köməkçiləri isə Lorenzo Manganellivə Alessandro Petrella olacaq. Dördüncü hakim funksiyasını isə Sebastiano Peruzzo yerinə yetirəcək. Artıq komandamız cavab qarşılaşması üçün dünən Hollandiya yollanıb.

Qeyd edək ki, komandalar arasında avqustun 21-i Bakıda baş tutan ilk görüş 0-0 hesabı ilə başa çatmışdı.