adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Avqust 2014 21:20
20394
İDMAN
A- A+

Cüdoçularımız medalsız qaldılar- Yenilənib

Bu gün Rusiyanın Çelyabinsk şəhərində keçirilən cüdo üzrə Dünya çempionatında daha iki cüdoçumuz mübarizə aparacaq. Kişilərin yarışında 73 kq çəkidə qüvvəsini sınayacaq Rüstəm Orucov ilk görüşündə İsveç idmançısı Tommy Makiasla qarşılaşacaq. Qadınlar arasında yeganə təmsilçimiz olan Kifayət Qasımova 57 kq çəki dərəcəsində qalib adı uğrunda mübarizə aparacaq. Onun ilk rəqibi isə ABŞ cüdoçusu Anna Karmaykldır.


Rüstəm Orucov mundialda ilk görüşünü keçirib. Döyüş cüdoçumuz üçün asan alınıb və o, rəqibini cəimi 63 saniyəyə ippona salıb.

 

Həmyerlimiz növbəti mərhələdə Vadzim Şoka (Belarus) ilə gücünü yoxlayib. O, bu dəfə də rəqibinə heç bir şans verməyərək, görüşü vaxtından öncə bitirib. Şoka qarşılaşmanın başa çatmasına 7 saniyə qalmış ippona düşərək, mübarizəni dayandırıb.


 Orucov 1/16 finalda hollandiyalı Deks Elmontla qüvvəsini sınayıb. Görüş çətin alınsa da, cüdoçumuz qələbə seriyasını davam etdirib. O, 2 dəqiqə 21 saniyəyə Elmontu da ippona salıb.

 

Təmsilçimizin növbəti mərhələdə rəqibi Laşa Şavdatuaşvili (Gürcüstan) olub. Rüstəm bu dəfə də tatamini qələbə ilə tərk edərək, 1/4 finala vəsiqə qazanıb. O, yarımfinala gedən yolda yaponiyalı Riki Nakaya ilə münasibətinə aydınlıq gətirəcək.


Yapon cüdoçu ilə görüşdə Rüstəm uğurun ardını gətirə bilməyib.


Kifayət Qasımova 5 il öncə Hollandiyada qazandığı dünya çempionatının bürünc medalını bu dəfə daha yüksək əyarlı mükafata dəyişmək arzusundadır. O, bunun üçün ilk cəhddə Ana Karmayklla (ABŞ) üz-üzə gəlib. Təmsilçimiz rəqibini məğlub etməkdə çətinlik çəkməyib. Qasımova 2 dəqiqə 23 saniyəyə təmiz qələbə qazanıb. 

 

Kifayət ikinci görüşündə Sabrina Filzmoserlə görüşüb və qarşılaşma Avstraliya idmançısının qələbəsi ilə yekunlaşıb. 


Buna baxmayaraq Rüstəm Orucovun bürünc şansları qalır. Bunun üçün o, ilk olaraq təsəlliverici görüşdə rus Musa Moquşkovu məğlub etməlidir.


Təsəlliverici görüşdə Musa Moquşkova məğlub olan Rüstəm bürünc şanslarını itirib. Beləliklə, cüdoçularımız bu dəfə də medala həsrət qalıblar.