adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

NAğIL içiNDƏ NAğIL

18344 | 2007-08-25 06:36
Mirmehdi Seyidzadə nağıl-poemalar yazardı. Onlardan birini şair belə başlayır: "Biri vardı, biri yoxdu. Dünya geniş, insan çoxdu". Bax bu geniş dünyada yaşayan çoxlu insanlar iki yerə bölünür. Birincilər Xeyirə, ikincilər Şərə xidmət edir. Nəhayətdə həmişə nağıllarda olduğu kimi Xeyir qalib gəlir. Bəs həyatda? Həyatda isə Xeyirin qalib gələcəyinə inanmaq üçün gərək dünyanı nağıl kimi görə biləsən. Bu isə hamıya nəsib olmur. Çox zaman istəsən belə buna inana bilmirsən. Çünki heç kim aldanmaq istəmir. Belə inamla, yəni Xeyirin nağıllarda olduğu kimi qalib gələcəyinə inamla yaşamağa mane olan başlıca səbəb aldanmaq qorxusudur. Məgər uşaqlıqda bizi nağıllarla aldadıb yuxuya vermirdilər. Bu gün belə sadəlövh və sadəlövh olduğu kimi də güclü, dönməz inama nə qədər ehtiyac var? Bu gün belə inamın yoxluğundan və ya katastrofik dərəcədə çatışmazlığından nə qədər əziyyət çəkilir.

TƏQVİM / ARXİV