ANA SƏHİFƏ / YAZARLAR

REGİON

GÜNLƏRİNİ BAYRAMLARA QOVUŞDURAN ÇÖRƏKLİ ŞƏHƏR

15722    |   2014-08-26 13:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

(əvvəli ötən saylarımızda)

Kənd təsərrüfatının inkişafına dövlət qayğısı

Ötən illərdə olduğu kimi, bu ilin I yarısında da məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2014-cü ilin məhsulu üçün 69152 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Taxıl istehsalını stimullaşdırmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Rayonda yazlıq bitki əkinlərinin həyata keçirilməsi də daim diqqət mərkəzində saxlanılır. Rayonda 5893 hektar sahədə yazlıq bitki əkinləri həyata keçirilmişdir.
Rayonun kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Bu sahənin də dinamik inkişafının təmin edilməsi, heyvandarlıq məhsulları istehsalının həcminin artırılması daim diqqət mərkəzində saxlanılır.
Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışna köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşıda duran həlli vacib məsələlərdəndir.
Tikinti quruculuq işləri ilin birinci yarısında da sürətlə davam etmişdir.
2014-cü ilin I yarısında Şəkidə yenidənqurma, tikinti-quraşdırma işləri davam etdirilmiş, ilin əvvəlində şəhərdə aparılacaq abadlıq, quruculuq işlərinin planı təsdiqlənmişdir. Təsdiq edilmiş titul siyahısına əsasən 2014-cü ildə şəhərin 15 küçəsində abadlıq, 17 küçəsində isə əsaslı təmir işləri nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli Sərəncamı ilə tikintisi 2014-cü ildə davam etdiriləcək 5 məktəb və 1 uşaq bağçası, əsaslı təmiri nəzərdə tutulmuş 2 uşaq bağçası və Aşağı Göynük - Baş Göynük - Baş Şabalıd avtomobil yolunun tikintisi üçün ayrılan maliyyə vəsaiti hesabına bu obyeklərin inşası işi davam etdirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə 80 şagird yerlik Qırxbulaq tam orta və 180 şagird yerlik Qaratorpaq kənd tam orta məktəbinin, Şəki şəhər Uşaq - Gənclər idman məktəbinin tikintisi üçün layihələndirmə işləri artıq başa çatmışdır. Həmçinin cari ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə "Gənclər evi"nin, Baş Göynük kəndi ərazisində idman zalının tikintisi işlərinə başlanmışdır. Eyni zamanda "Asan" xidmət mərkəzinin Şəki Ərazi İdarəsi, şəhər polis şöbəsi üçün inzibati binaların tikintisi məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən iş aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin inkişafına böyük qayğı göstərilir, yeni uşaq bağçaları tikilir, uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramının təqdimatı zamanı demişdir: " Ölkəmizdə təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalıdır. Artan təlabatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi daha səmərəlidir". Bu istiqamətdə Şəkidə də bir sıra işlər həyata keçirilir.

Təhsil və səhiyyə yenilikləri

Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. Sevindirici haldır ki, rayonun müəllimləri bu il ilk dəfə olaraq Beynəlxalq və Respublika səviyyəli müsabiqələrdə uğurla çıxış etmiş, 40 nəfərdən çox müəllim qalib sertifikatı qazanmışdır.
Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2014-cü ilin I yarısında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür.

Hüquq mühafizə orqanları
cinayətkarlığa qarşı mübarizəni gücləndirir

2014-cü ilin I yarısında Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 79 cinayət hadisəsi qeydə alınmışdır. Qeydə alınan cinayətlərdən 90,4 faizin açılması təmin edilmişdir. Müddət ərzində Şəki Şəhər Rayon polis Şöbəsi tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 11 fakt aşkar edilmişdir.
Göründüyü kimi Şəkidə bütün sahələr üzrə mühüm tədbirlər həyata keçirilir və eyni zamanda daha böyük işlərin təməli qoyulur. Bütün bunlar konkret məzmun daşıyır. Bu gün Şəkidə həyata keçirilən bütün tədbirlərin intensivliyi görülən işlərin məntiqi nəticəsidir.




AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ



YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK