adalet.az header logo
  • Bakı 13°C

DEDi, DEDiM

OQTAY SALAMOV
20677 | 2007-08-24 05:00
Bir dostumuz redaksiyaya gəlmişdi. Söhbət arasında dedi ki, son vaxtlar tənqidi yazılarınız azalıb. Dedim mən tənqid yazmıram, prikol yazıram. Dedi, neyləyim, gülüm? Bir az mən dedim, bir az o dedi, dehade düşdü, zarafatlaşdıq, çıxıb getdi. Amma təəssürat, fikir və narahatlıq qaldı. Doğrudanmı, prikol, sözü kinayə ilə demək, sözaltı məna, sataşma, səhvi yumorla demək tamam mənasız işdir? Onda mən 9 ildir boş və mənasız bir işlə məşğulammış ki... Özü də təkcə mən yox, məndən qabaq, mənimlə birgə və məndən sonra da bu işlə məşğul olanların zəhməti boşa gedir və gedəcək? İnanmaq istəmirəm və hətta belə olsa belə, bu sancmalarla, yumorla kiminsə lap iynənin ucu boyda olsa da ürəyindən tikan çıxarıramsa, kimisə özünə qıraqdan baxmağa sövq eləyə bilirəmsə, elə bu da bəsdir.
   
   Dostum deyir kim, filan qəzet rüşvət alanın adını, ünvanını, aldığı pulun nömrəsini yazır -rüşvətxora "gözün üstə qaşın var" deyən yoxdur, yəni sənin "vəzifədə işləyib rüşvət almayan yoxdur" sözündən nə isə düzələcək? Əksinə, təzə vəzifəyə qoyulub sınaq müddəti keçən biri rüşvət almağı öyrənənəcən sərf eləmədiyi üçün onu işdən çıxararlar, o da səni məhkəməyə verə bilər ki, mən rüşvət almamışam, amma bunun yazısında mən də rüşvətxor siyahısındayam. Mənsə deyirəm ki, sadəlövh olma, adama sınamaq üçün pulsuz vəzifə verməzlər. Əgər vəzifə alıbsa, deməli, pul verib. Pul veribsə onu çıxarmalıdır. Çıxarmaq üçün rüşvət almalıdır. Rüşvət alanda nahaq haqqa çevrildiyi üçün haqqın ayaqları göydə qalır. Etirafa qalanda isə hələ indinin özündə də rüşvət alan bir-iki populistdən başqa, bir adamoğlu yoxdur ki, vəzifədə olub rüşvət aldığını söyləsin.

TƏQVİM / ARXİV