adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Avqust 2014 09:44
10997
MARAQLI
A- A+

Allahşükür Paşazadə - 65

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allaşükür Paşazədənin 65 yaşı tamam olur. 

Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində dünyaya göz açıb. İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada "Mir-Ərəb” mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmiş, 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir. Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib.