adalet.az header logo
  • Bakı 18°C
25 Avqust 2014 17:22
6697
SİYASƏT
A- A+

Keçmiş səfirdən Barak Obama və Con Kerriyə Qarabağ müraciəti

"ABŞ, Fransa və Rusiya BMT-nin məlum dörd qətnaməsinin yerinə yetirilməsində məsuliyyət daşıyır”

"ABŞ-dakı Erməni Milli Konqresi kimi erməni diaspor təşkilatları  özlərini zərər çəkmiş qurban kimi, Azərbaycanı isə təcavüzkar bir ölkə kimi qələmə verən kampaniyalar həyata keçirdiyi üçün  BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi yerinə yetirilmir”.

Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza "Vestnik Kavkaza” saytına açıqlamasında bildirib.

ATƏT Minsk Qrupunun bu qətnamələrin həyata keçirilməsini sürətləndirmədiyini qeyd edən ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri İraq və Liviya məsələləri ilə əlaqədar BMT TŞ-nin qəbul etdiyi qətnamələrin yalnız BMT-nin deyil, həm də ABŞ və Fransanın təşəbbüskarı olduğuna diqqət çəkib. Diplomat bu konfliktin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində birgə fəaliyyət göstərən ABŞ, Fransa və Rusiyanın da qətnamələrin yerinə yetirilməsində məsuliyyət daşıdığını bildirib. 

ABŞ-ın münaqişə zonasından hərbi qüvvələrin çəkilməsi və ya qətnamələrin həyata keçirilməsində israr etmədiyini deyən M.Brayza ölkəsinin Dağlıq Qarabağ probleminin Minsk Qrupu çərçivəsində həll olunacağını gözlədiyini vurğulayıb. O, konfliktin həllinə kömək üçün aparılan danışıqlarda ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerrinin şəxsən iştirak etməli olduğunu düşündüyünü bildirib. (APA)