adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Avqust 2014 15:54
7506
MƏMLƏKƏT
A- A+

Musa Qasımlı seçiciləri ilə görüşüb

42 saylı Sumqayıt ikinci seçki dairəsindən seçilmiş millət vəkili tarixçi alim, professor Musa Qasımlı Sumqayıtda seçiciləri ilə görüşüb. Adalet.az xəbər verir ki, 3 və 6 mikrorayonlarda bir qrup seçici ilə görüşən millət vəkili onları düşündürən məsələlər ətrafında maraqlı müzakirələr aparıb. Seçicilər millət vəkilinin onlarla müntəzəm olaraq əlaqə saxlamasından, görüşlərindən, şəhərdə görülən işlərdən razılıqlarını bildiriblər.

Qeyd edək ki, Milli  Məclisin payız sessiyası ərəfəsində millət vəkillərinin bir çoxu seçicilərinə baş çəkərək onları düşündürən məsələləri öyrənirlər.